İradə Əlilinin qardaş türk şəhidimiz haqqında kitabı dərc edildi

Bu gün Türkiyənin İzmir şəhərinin Aliağa ilçəsində tanınmış yazıçı-publisist İradə Əlilinin "Kahraman Şehid Oğuz Özgür Çevik" adlı kitabın təqdimat mərasimi olub.

Kitabın təqdimatı şəhidin adını daşıyan Şəhid Oğuz Özgür Çevik” adına Anadolu liseydə keçirilib. Təqdimat mərasimində sıra dövlət rəsmiləri, şəhidin ailəsi, qazilər, ictimaiyyət və media nümayəndələri iştirak ediblər. Kitabda şəhid türk qardaşımızın həyatı və keçdiyi döyüş yolu, onun söylənilən qəhrəmanlıqlarından bəhs edən müsahibələr toplanıb.

Müəllif kitabın yazılma səbəbindən danışıb: “Qələmə aldığım bu kitab iki qardaş ölkənin, ö cümlədən türk dünyasına olan sevgimin təcəssümüdür. Azərbaycan və Türk qardaşlarımızın şəhid ruhuna ehtiramın bir ifadəsidir. Həmçinin bu kitab qardaşlığımıza bir töhfə olsun istədim. Allah sarsılmaz qardaşlığımızı qorusun". İ.Əlili kitabın ərsəyə gəlməsində əməyi keçən hər bir kəsə təşəkkür edib: “Dəyərli millət vəkilimiz Qənirə Paşayevaya, kitabın işıq üzü görməsində və tərtibatında doktor Bayram Yılmaz əfəndimizə təşəkkür edirəm. Müsahibələrin toplanmasında dəstək olmuş Abdurrahim Aydəmir əfəndiyə Allahdan rəhmət diləyirəm.”

Sonra Şəhidin ailəsi, Şəhidin adını daşıyan “Şehid Oğuz Özgür Çevik” adına Anadolu Liseyinin müdiri Öndər Erdurmuş, Aliağa ilçəsinin Bələdiyyə sədri Sərkan Acar, Aliağa ilçəsinin kaymakanı Zəkəriyyə Gürel, Aliağa ilçəsinin təhsil şöbəsinin müdiri Hayati Yavuz "Əsgər Ailəsi Cəmiyyəti" VTİB-in Türkiyə şöbəsinin müdiri Roza Əliqizı və digərləri şəhid O.Ö.Çeviklə bağlı xatirələrini bölüşüblər. Daha sonra şəhidimizin adını daşıyan Anadolu liseyinə “Əsgərə xatirə" layihəsinin rəhbəri Nuranə xanım Şıxəliyeva və Bakı şəhər 7 saylı məktəbin direktoru Könül xanım Təhməzova tərəfindən göndərilən hədiyyələr təqdim olunub. Lisey rəhbərliyi isə diqqətə görə Ö.Erdurmuş Azərbaycana və Azərbaycanın ziyalı xanımlarına çox sağolunu söyləyib. Sonunda şəhid məzarlığı ziyarət edilib, şəhidlərin ruhuna dualar oxunub. Qeyd edək ki, kitabın ön sözünü Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva yazıb. Kitabın tərtibatını və dərc edilməsində maliyyə dəstəyini isə doktor Bayram Yılmaz edib. Yayın Yönətməni Başak Ergün, redaktoru Aysel Məmmədzadə, tərçüməçisi Kəmalə Ələkbərova,Vüqar İrəvanlıya dizayneri Leyla Babazadə, məsləhətçisi isə Abdurrahim Aydemirdir, daxili səhifələyicisi isə Bahadur Bermekdir. Kitab Türkiyənin İkinci Adam Yayınları mətbəəsində nəşr edilib.