Tariximizə "Zəfər Yürüşü" adı ilə daxil olan 44 günlük vətən müharibəsində Azərbaycanın əldə etdiyi qələbə regionda yeni reallıqlar yaratdı. 8 noyabr 2020-ci il tarixli üçtərəfli bəyənat Azərbaycan - Ermənistan arasında münasibətlərin normallaşması yolunda ilkin addım oldu. Bu bəyanatın şərtlərinin tamamilə yerinə yetirilməsi, sonda Cənubi Qafqazı inteqrasiya olunmuş əməkdaşlıq məkanına çevirəcək. İki il ərzində Ermənistan tərəfi üçtərəfli bəyənatın qaydalarını dəfələrlə pozdu, son olaraq sentyabr ayında geniştərkibli təxribatlara əl atdı. Ancaq düşmən cavabsız qalmadı, rəşadətli ordumuz qarşı tərəfin təxribatlarının qarşısını alaraq, düşməni yerinə oturtdu. Yaxın günlərdə Praqada keçirilən görüşdə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdı və reallığı tam qəbul etdi.
İran fars molla rejimi isə daim Azərbaycan - Ermənistan münaqişəsini qızışdıran tərəf olub. 30 il ərzində Ermənistana hərbi-siyasi yardım göstərib. 44 günlük vətən müharibəsi dövründə dəfələrlə bunun sübutları ilə rastlaşmışıq. 8 noyabr 2020-ci il tarixli bəyanatın imzalanmasından sonra İranın dini-siyasi rəhbərliyi dahada fəallaşmağa başladı. Bunun bir çox səbəbləri var. Həmin səbəblərdən biri "Zəngəzur Dəhlizi" nin açılması məsələsidir. Fars-molla rejimi "Zəngəzur Dəhlizi"nin açılmasına qəti şəkildə qarşı çıxır. Bu onların mənfur niyyətlərindən irəli gəlir. Zəngəzur Dəhlizi Türk dünyasının coğrafi birləşməsinə, İslam qövsünün akutual siyasi terminə çevrilməsinə və regional inkişafın təmin edilməsinə imkan yaradacaq. İran fars-molla rejimi üçün sadalananların hər biri qəbuledilməzdir. Çünki, İran türk dünyasının coğrafi birləşməsini özü üçün təhdid hesab edir. Bununla yanaşı islam qövsünün türk dövlətlərinin ərazisindən keçməsini də həzm edə bilmir. Cənub qonşumuz Cənubi Qafqaz regionunun inkişafının qarşısını almaq üçün də müxtəlif yollara əl atır. Bu istiqamətdə İran Ermənistandan alət kimi istifadə edir. Avqust ayında İranın Qafanda baş konsulluq açması da məhz bu məqsədlərə xidmət edir. Ermənistan tərəfi İranın siyasi oyunlarına uymamalıdır. Əks halda iqtisadi bloklada şəraitində uzun müddət yaşaya bilməyəcək. Ermənistan üçün ən doğru qərar Azərbaycanla münasibətlərin yüksək səviyyəyə çatdırılmasına maraq göstərməkdir. Çünki, Ermənistanın tərəqqisi Azərbaycandan bilavasitə asılıdır. "Zəngəzur Dəhlizi" də region və dünya üçün müsbət mənada böyük əhəmiyyətə malikdir. İran təsir dairəsinin daralmasından qorxduğu üçün koridorun fəaliyyətə başlamasını qəbul etmir. Ancaq İranın fars-molla rejimi sonda reallıqlar ilə razılaşmağa məcbur olacaqdır.
Zəngəzur Dəhlizi artıq reallıqdır və çox yaxın tarixdə öz fəaliyyətinə başlayacaq!
Anar Salehoğlu,
İctimai-siyasi fəal