İran həbsxanalarında kütləvi aclıq aksiyaları başladı

İranın 18 həbsxanasında “Edamsız çərşənbə axşamı” şüarı altında kütləvi aksiyalar başlayıb, artıq etirazlar 29 həftədir davam edir.

Sabahinfo.az xəbər verir ki, bu barədə “İran İnternational” saytı məlumat yayıb.

Bildirilib ki, kampaniya İranın Tehran şəhərindəki Evin zindanında başlayıb, Habelə Kərəc, Xürrəmabad, Şiraz, Xoy, Nəğədə, Təbriz, Urmiya, Ərdəbil, Səlmas, Sakkız, Ban, Mərivan, Kamiran, Rəşt, Məşhəd şəhərlərindəki həbsxanaları da avqustun 13-dən aclıq aksiyasına qoşulublar.

Vurğulanıb ki, Qızılhisar həbsxanasında bir həftə ərzində 45-dən çox məhbus edam olunub.