“Biz 1991-ci ilin sərhədlərində suverenliyimizi bərpa etdik. Buna görə hakim partiyaya təşəkkür edirəm”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin 23 aprel 2024-cü il tarixli iclasında deputat Qüdrət Həsənquliyev deyib
“Biz burdan Ermənistana müraciət etməliyik ki, Naxçıvana gediş-gəlişi bərpa etsin, sülh müqaviləsi imzalansın. Ermənistan xalqının yaxşı yaşaması qonşuları ilə yaxşı münasibətdən keçir. Bizim qonşumuz İran da Azərbaycana qarşı düşmənçilik münasibətini dəyişməlidir. Necə ki Ermənistanın Azərbaycana qarşı yürütdüyü düşmənçilik siyasəti heç bir nəticə vermədi, İranın da yürütdüyü siyasətin nəticəsi olmayacaq. İran vaxtında düz yola qayıtsa yaxşı olar”.