İranda son etiraz aksiyaları zamanı ölənləri sayı açıqlanıb. SABAHİNFO.AZ xarici mediaya istinadən xəbər verir ki, Məhsa Əmininin ölümündən sonra başlayan etiraz aksiyalarına təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində həyatını itirənlərin sayının 253-ə yüksəldiyi bildirlir.
O da qeyd olunur ki, davam edən aksiyalarda əsasən Sistan-Bəlucistan əyalətində qeydə alınıb. Həyatını itirən nümayişçilərdən 34-nün yaşı 18-dən aşağı, 19-unun isə qadın olduğu qeyd olunub.
Ədil Ədilzadə
SABAHİNFO.AZ