İranda polislər hicabsız qadınları döydülər - VİDEO

İranda məcburi hicab qaydalarına əməl etməyən iki gənc qadına fiziki təzyiq göstərən polislərə qarşı  araşdırma başlandığı bildirilib.

Sabahinfo.az xəbər verir ki, bu barədə Tehran Hərbi Prokurorluğu açıqlama yayıb.

Açıqlamada fiziki zorakılıq tətbiq edən polis əməkdaşlarının müəyyən edilərək ifadə vermək üçün prokurorluğa çağırıldığı və hadisə ilə bağlı araşdırmalara başlanıldığı qeyd edilib.

Qeyd edək ki, sosial mediada geniş yayılmış bu görüntülərdə paytaxt Tehranda qadınlar “əxlaq” polisləri tərəfindən şiddətə məruz qalaraq zorla polis maşınına mindiriliblər.

Görüntülər sosial şəbəkədə yayımlandıqdan sonra məlum olan hadisə ictimaiyyətin reaksiyasına səbəb olub.