İranın ali təhlükəsizlik şurasının katibi Azərbaycana gəlib

İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneinin xüsusi nümayəndəsi və İranın ali təhlükəsizlik şurasının katibi admiral Əli Şamxani Azərbaycanda səfərdədir.

Məlumatı “Mehr” agentliyi yayıb.

Bildirilib ki, səfər Azərbaycan Milli Təhlükəsizlik Şurasının katibi Ramil Usubovun dəvəti ilə reallaşıb.

Məlumata görə, Əli Şamxani Bakıda Azərbaycan rəhbərliyi ilə bir sıra görüşlər keçirəcək.