Ermənistan paytaxtı İrəvanda konstitusiya düzəlişlərinə qarşı etiraz aksiyası keçirilib.
Aksiyaçılar hökuməti referendumla hakimiyyətini uzatmağa cəhddə ittiham edirlər.
Hakimiyyətin təklif etdiyi düzəlişlərdə Ermənistanın parlament üsul-idarəsinə keçməsi nəzərdə tutulur. Etiraz aksiyasını müxalifətdə olan" Erməni Milli Konqresi” və digər müxalifət partiyaları təşkil edib.
Ermənistan parlamenti oktyabrın 5-də ölkədə konstitusiya düzəlişləri ilə bağlı referendum keçirilməsinə səs verib.
Düzəlişlərdə prezidentin səlahiyyətlərinin parlamentə keçməsi, prezidentin xalq yox, parlament tərəfindən seçilməsi və prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılması nəzərdə tutulur.
Qeyd edək ki, referendum dekabrın 6-a təyin edilib.