"İrəvanın Roma Əsasnaməsinə qoşulması münasibətlərimizə xələl gətirir" - Zaxarova

İrəvanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsinə qoşulması birbaşa olaraq Ermənistan-Rusiya münasibətlərinə xələl gətirir.

Sabahinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

"Bir daha qeyd etmək məcburiyyətindəyik ki, Rusiya rəsmilərinin həbsi üçün saxta orderlərin verilməsi fonunda İrəvanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunda iştirakı birbaşa olaraq Ermənistan-Rusiya münasibətlərinə xələl gətirir. Mövcud olduğu 20 il ərzində BCM həll etməyə çalışdığı heç bir münaqişənin həllinə kömək etməyib", - deyə diplomat qeyd edib.