İşdən çıxarılan Əli Abbasov danışdı: `Evimdə oturmuşam...`

"Evimdə oturmuşam. Heç yerə çıxmamışam. Məni heç yerə, nə istintaqa, nə də hər hansı sorğu-suala da çağırmayıblar”.

Sabahinfo.az xəbər verir ki, bunu virtualaz.org saytına açıqlamasında vəzifəsindən dünən azad olunan sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.

Əli Abbasov onun mənzilində və bağ evində axtarışlar aparılması barədə əksər KİV-lər tərəfindən yayılan məlumatları da təkzib edib.

"Heç bir axtarış olmayıb” - deyə sabiq nazir bu məlumatlara qısa açıqlama ilə münasibət bildirib.