İraq ordusu ölkənin Əl-Anbar bölgəsində İŞİD-ə silah daşıyan iki ingilis təyyarəsini vurduğunu iddia edir.
Bu barədə İraq parlamentinin milli təhlükəsizlik və müdafiə komitəsinin başçısı Hakem Əl-Zameli bildirib. Zameli İŞİD-ə qarşı vuruşan koalisiyanın rəhbəri ABŞ və Böyük Britaniya haqqında şok iddialar irəli sürüb. İraq parlamenti Londondan açıqlama istəyib. Zamelinin dediyinə görə, Əl-Anbar bölgəsinin əhalisi koalisiya qüvvələrinin mütəmadi olaraq İŞİD-ə silah-sursat atdığını söyləyir. Əl-Zamelinin dediyinə görə, ABŞ Kərbəla və Bağdada yaxın olan Əl-Anbar bölgəsində vəziyyəti həmişə gərgin saxlamağa çalışır.