İŞİD terror təşkilatının Xorasan qolunun lideri Sanaullah Qafari kimi tanınan Şahab əl-Mühasir “Taliban”ın Əfqanıstanın cənubundakı Kunar əyalətində keçirdiyi əməliyyat nəticəsində öldürülüb.
Sabahinfo.az xəbər verir ki, məlumatı “mashreghnews.ir” saytı yayıb.
Bildirilib ki, ötən ay isə onun “Mühəndis Ömər” adı ilə tanınan müavini də qətlə yetirilib. Məlumata görə, S.Qafari “Taliban”ın devirdiyi Əfqanıstan Prezidenti Əşrəf Qəni Əhmədzayın xüsusi mühafizə xidmətinin üzvlərindən olub.