İslam Ticarət Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının 35-ci iclası çərçivəsində tədbirlər keçirilib

AQSİA İH sədri Səkinə Babayeva İslam Ticarət Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının 35-ci iclası çərçivəsində keçirilən tədbirlərdə iştirak edib.

İyulun 17-18-də Bakı şəhərində İslam Ticarət Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının 35-ci iclası çərçivəsində tədbirlər keçirilib.

AQSİA-nın üzv olduğu Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və İslam Ticarət Sənaye və Kənd Təsərrüfatı Palatasının birgə təşkilatçılığı ilə keçirilən tədbirlərdə Palataya üzv 20 dövlətdən 100-ə yaxın nümayəndə heyəti təmsil olunub.

Səudiyyə Ərəbistanı, Türkiyə, Qətər, Küveyt, İordaniya, Misir kimi ölkələr də daxil olmaqla geniş tərkibdə ölkəmizə səfər edən Palata üzvləri və İslam ölkələrindən olan sahibkarlar iki gün ərzində Bakıda müxtəlif mövzuları əhatə edən panellərdə, ölkələrin iqtisadi potensiallarının təqdimatlarında, B2B görüşlərdə iştirak edəcək, bir neçə iri kənd təsərrüfatı müəssisələrinə səfər edilib, əməkdaşlığı əhatə edən bir neçə sənəd imzalanıb.

AQSİA İH sədri Səkinə Babayeva Qatar, Küveyt, Nigeriya, Oman kimi bir çox ölkələrin nümayəndələri ilə görüşlər keçirərək assosiasiyanın fəaliyyətindən, beynəlxalq sərgilərdən, gələcək əməkdaşlıq imkanlarından bəhs edib. 

Eyni zamanda İH sədri AQSİA-nın da əməkdaşlıq etdiyi Emirates Business Women Council tərəfində təşkil olunan biznes liderlərinin rəqabət qabiliyyətini dəstəkləmək məqsədi daşıyan “Dünya Qadın Sahibkarlar Sammitində ərəb ölkələrində fəaliyyət göstərən qadın sahibkarlıq assosiasiyaların işinin yaxından öyrənilməsində assosiasiyamızın maraqlı olduğunu bildirib.