"Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyin təşəbbüsü, İsmayıllı rayon İcra hakimiyyətinin təşkilatçılığı və Birliyin İsmayıllı rayon üzrə nümayəndəliyinin dəstəyi ilə 8 Mart Beynəlxalq Qadınlar bayramı gününə həsr olunmuş "Qəhrəman anası" adlı tədbir keçirilib.
Aysu restoranında keçirilən tədbirdə İsmayıllı rayon icra hakimiyyətinin əməkdaşları Əlişir Süleymanov, Anar Alızadə , İsmayıl Faxtıyev, "Qayğıya ehtiyacı ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyin sədri Yasəmən Qəyyumlu, İsmayıllı rayon üzrə nümayəndəlik sədri Kifayət Cəfərova, sədr müavini Günay Beybutova, Əlizamin Abdullayev, İsmayıllı rayon mədəniyyət işçiləri və media nümayəndələri iştirak ediblər.
Öncə Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edən hər kəs əsl Azərbaycan xanımına xas olan yüksək keyfiyyətləri özündə cəmləyən şərəfli, ləyaqətli, əzəmətli və qəhrəman oğullar yetişdirən şəhid analarını təbrik edib və onlara ən xoş arzularını bildiriblər. İsmayıllı rayon mədəniyyət işçiləri öz ifaları ilə tədbir iştirakçılarına mənəvi dəstək göstəriblər. Tədbirin təşkilində Birliyin İsmayıllı rayon üzrə nümayəndəlik sədri Kifayət Cəfərova və Günay Beybutova xüsusi xidmət göstəriblər.
Tədbirin sonunda Şəhid analarına tər çiçəklər və hədiyyələr təqdim olunub, xatirə şəkili çəkilib.
Fərid Səfərov
Birliyin mətbuat katibi