Azərbaycanda zəlzələ olub.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 08:00-da İsmayıllı rayonunda, Pirqulu stansiyasından 17 km cənub-qərbdə İsmayıllı ərazisində 3 maqnitudada zəlzələ qeydə alınıb.
Yeraltı təkanların ocağı 13 kilometr dərinlikdə yerləşib.
Zəlzələ hiss olunmayıb.