İspaniya Ukraynaya hərbi yardım göndərəcək.
Sabahinfo.az xəbər verir ki, bu barədə İspaniya hökuməti müvafiq qərar qəbul edib.
Qərara əsasən, Ukraynaya hücum silahları - mindən artıq pulemyot və qumbaraatanlar, həmçinin 700 mindən artıq pulemyot və snayper patronları göndəriləcək.
Qeyd edilən yardım martın 4-də iki təyyarə vasitəsilə göndəriləcək.