İsrail əsgərləri Qəzzada beş girovun meyitini tapıblar

İsrail hərbçiləri oktyabrın 7-də İsrailə hücum zamanı oğurlanmış beş girovun meyitini tapıblar.

İsrail Müdafiə Ordusunun (SAXAL) Mətbuat Xidməti məlumat yayıb.

Meyitlər Qəzza zolağının şimalındakı Cəbaliya düşərgəsinə nəzarəti ələ keçirmək üçün aparılan əməliyyat zamanı aşkar edilib.

Girovların ölüm şəraiti məhkəmə-tibbi ekspertizanın rəyindən sonra ictimaiyyətə açıqlanacaq.

O da bildirilir ki, HƏMAS üzvlərinin istifadə etdikləri çoxmərtəbəli tunellər şəbəkəsi də aşkar edilib, bütün infrastruktur İsrail hərbçiləri tərəfindən məhv edilib.