İsrail Müdafiə Qüvvələri Qəzza zolağının şimalında Cəbaliya qaçqın düşərgəsində keçirdiyi əməliyyat zamanı radikal Fələstinin HƏMAS hərəkatının 100-dən çox silahlısını məhv edib.
Bu barədə İsrail silahlı qüvvələrinin rəsmi nümayəndəsi Piter Lerner məlumat verib.
“HƏMAS-ın Cəbaliya düşərgəsindəki yeraltı infrastrukturu İsrail ordusunun əməliyyatı zamanı aşkarlanıb və məhv edilib”, - deyə o bildirib.
“Əməliyyat zamanı şiddətli döyüşlər olub və 100-dən çox terrorçu məhv edilib. Bundan başqa, yüzlərlə silah aşkar edilib və ələ keçirilib”, - deyə Lerner söyləyib.