İsrail ordusu Hizbullahın yüksək rütbəli komandirini məhv etdi

İsrail ordusu Livanın cənubunda Hizbullah qruplaşmasının yüksək rütbəli komandirini məhv edib.

Sabahinfo.az  xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.

Onun adı və vəzifəsi hələ ki, açıqlanmayıb.

Qeyd edək ki, İsrail Baş naziri Benyamin Netanyahu daha əvvəl Hizbullaha xəbərdarlıq etmişdi. Həmçinin İsrail hərbçiləri Livanla müharibəyə hazırlaşdıqlarını bildirmişdilər.

Xatırladaq ki, İsraillə HƏMAS arasında müharibə ötən il oktyabrın 7-də başlayıb.