İsraildə həlak olan azərbaycanlıların kimliyi məlum oldu - ADLAR

İsraildə həlak olan azərbaycanlıların kimliyi məlum olub.

Sabahinfo.az xəbər verir ki, bu barədə  Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Şamil Abbasov - İsrail vətəndaşı.

Emin Axundov - İsrail vətəndaşı

Roman Qandel - İsrail vətəndaşı

Elkin Nəzərov - İkili vətəndaş (Azərbaycan-İsrail)

Bildirilir ki, vəfat edənlərdən Elkin Nəzərov İsrailin Kiryat Yam şəhərində dəfn edilib.

Qeyd edək ki, İsraildə HƏMAS-ın hücumları nəticəsində 1 Azərbaycan vətəndaşı həlak olub. Həlak olanlar arasında Azərbaycandan İsrailə köçmüş yəhudiəsilli 3 şəxs də var.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə ölənlərin sayı 1200-ü keçib, 2500-ə yaxını yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.