İsrailin gözlənilən zərbəsi: Arakçı indi də Misirə getdi

İran xarici işlər naziri Abbas Arakçı Misir rəsmiləri ilə danışıqlar aparmaq üçün dünən axşam saatlarında Qahirəyə səfər edib.

Sabahinfo.az xəbər verir ki, bu barədə “Yerusəlim Post” məlumat yayıb.

“Oktyabrın 1-də İranın raket hücumuna cavab olaraq, İsrailin İrana gözlənilən cavabının mahiyyəti ilə bağlı gərginlik yüksəkdir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai çərşənbə günü Səudiyyə Ərəbistanı, Qətər, İraq, Livan və digər ölkələrə səfərdən sonra X hesabında yazıb ki, Arakçı Misirin yüksək rütbəli rəsmiləri ilə cümə axşamı keçiriləcək mühüm danışıqlara yollanıb”, - nəşr bildirib.