Yanğın təhlükəsizliyi ilə əlaqədar Türkiyənin İstanbul şəhərinin ərazisində yerləşən meşəlik sahələrə giriş qadağan edilib.
Bu barədə İstanbul valisi Ali Yerlikaya məlumat verib.
O qeyd edib ki, qadağa iyulun 5-dən 31-dək qüvvədə olacaq.
Bununla belə, İstanbul vilayəti hüdudlarında istirahət zonaları, təbiət parkları, bağlar, parklar və ekoturizm zonaları, idman, gəzintilərinə çıxmağa icazə verilir.