Xaçmazda istirahət mərkəzində qadının ölməsi ilə bağlı araşdırma aparılır.
Sabahinfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb. Məlumatda deyilir:
"İyulun 2-si saat 17 radələrində 1963-cü il təvəllüdlü Xanım Tağıyevanın Xaçmaz rayonunun İstisu qəsəbəsi ərazisində yerləşən istirahət mərkəzlərindən birində ölməsi faktı ilə bağlı Xaçmaz rayon prokurorluğunda araşdırma aparılır.
Ölümün səbəbi təyin olunmuş məhkəmə-tibbi ekspertizasının rəyi əsasında müəyyən ediləcək.
Hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq".