Bir neçə gün əvvəl Abşeronda baş vermiş qətlin bəzi təfərrüatı məlumat olub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ilkin araşdırmalar zamanı Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində 1988-ci il təvəllüdlü Rimma Tarıverdiyevanın həyat yoldaşı, 1984-cü il təvəllüdlü Qaçay Şahməmmədov tərəfindən 22 bıçaq zərbəsi ilə qətlə yetirildiyi məlum olub.
Bəlli olub ki, hadisədən bir neçə gün əvvəl onlar birlikdə istirahətə gediblər. Ümumilikdə isə bir-biri ilə sevib evlənən cütlüyün arasında ciddi problemin olması barədə qohumlarının məlumatı olmayıb.
İki övladı olan ailədə qətl hadisəsinin qəfil yaranmış söz-söhbət nəticəsində qısqanclıq zəminində baş verdiyi ehtimal edilir. Belə ki, Q.Şahməmmədov ifadəsində həyat yoldaşını çox sevdiyini, onu öldürməklə bağlı əvvəldən hər-hansı fikrinin olmadığını bildirib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Qaçay Şahməmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.