İsveçin ərazisində taktiki nüvə silahlarının yerləşdirilməsi çox güman ki, gözlənilmir.
Məlumata görə, bu sözləri Krallığın Müdafiə Nazirliyinin rəhbəri Pol Yonson deyib.
“Bunun olacağını düşünmürəm. Amma təbii ki, biz müəyyən dəstək göstərməli olacağıq. Çünki NATO həm adi, həm də nüvə silahlarının qarşısının alınmasına əsaslanan hərbi ittifaqdır” - deyə o, bildirib.
İsveçin hərbi çağırışçılarının NATO qüvvələrində xidmət etməsinin zəruriliyi ilə bağlı P.Yonsonun fikirləri də qeyri-müəyyən olub.
Nazir qeyd edib ki, indiyədək çağırışçıların əsas vəzifəsi İsveçi qorumaqdır. NATO ilə bağlı məsələ isə ölkə alyansa üzv olduqdan sonra müəyyənləşəcək.