İsveç və Finlandiya Madriddə imzalanmış üçtərəfli memorandumun şərtlərini yerinə yetirməlidir, çünki bunu etməsələr, Türkiyə bu ölkələrin NATO-ya üzvlüyünü dəstəkləməyəcək.
Sabahinfo.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV telekanalında bildirib.
“Son nəticədə onlar sənədin müddəalarına əməl etməlidirlər. Əgər onlar buna əməl etməsələr, biz onların NATO -ya üzvlüyünü dəstəkləməyəcəyik”, - Çavuşoğlu bildirib.