İyirmi illik həsrətə son qoyulur 


   Lerik rayonu ucqar dağlıq ərazidə yerləşir. Rayonun ən böyük ərazilərindən biri olan Dırıq zonasında qazlaşdırma işi aparılmırdı. Daha dəqiq desək, həmin ərazinin Ordahal kəndində qazpaylayıcı məntəqə tikilmişdi. Lakin həmin kəndən kənara qaz verilməmişdir. Lerik rayonun Züvüç ərazisinin sakinləri Azərbaycan Respublikasının Qaz Sənayesi sahəsində çalışan məmurlara müraciətlər etdilər. Həmin müraciətlər Azərqazın rəhbərliyi tərəfindən nəzərə alındı və 2022-ci ilin qazlaşdırıması nəzərdə tutulan kəndlərdən biri olan Züvüç  də qazın çəkilməsi pılana salındı.
  Ötən ilin iyul ayında başlayaraq Züvüç kəndinin qaz çəkilişinə başlanıldı. Işin böyük bir hissəsi görülüb başa çatmışdır. Bu günərdə Azəriqaz İstehsalat Birliyinin Təmir-Tikinti İdarəinin rəisi Kamran Cəfərovla görüşdüm. Onunla görüşüm zamanı Kamran müəllim bildirdi ki, bu ilin iyun ayınadək həmin kənddə əhalinin qaza olan təlabatı ödəniləcəkdir. Artıq Yardımlı rayonunu Leriklə birləşən ərazisində qaz boruları tikilib başa çatmışdır. Sadəcə olaraq Zövnə və Zövüç kəndləri arasındakı 159 dimametrlik boru xətlərinin tikintisi davam edir və tikintinin fevral ayının sonunadək  başa çatdırılması nəzərdə tutulmuşdur.
   Mən  bu yazıya əvvəllcə, “Azərqazın işçilərinə minnətdarlıq” adlı başlıq vermək istəyirdim. Lakin sonradan yazıya verəcəyim başlığı dəyişməli oldum. Ona görə ki, doğurdan da, Dınıq zonaının əhalisi, başda  Züvüç kəndinin sakinləri olmaqla, iyirmi il idi ki, əraziyə qazın çəkilməsinin böyük səbirsizliklə gözləyirdilər. Bir maşın odunun qiyməti 600-700 manat çatıb. Yaşadığımız bu zamanda qazın çəkilişi ən böyük problemə çevrilib.
   Lerik rayonunun Dırıq zonasında yaşayan ağsaqqallar, ziyalılar məndən xahiş etdilər ki, bizim dərin və sonsuz təşəkkürlərimizi mətbuat vasitəsilə Azəriqaz işçilərinə çatdırasınız. Bu, artıq reallıqdır.22 min seçicisi, 30 minə yaxın əhalisi olan bir yaşayış məskəninə yeni qaz xəttinin çəkilməsi evinclə qarşılanır və əhainin iyirmi illik həsrətinə son qoyulur

  İlham İbadov

  Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

Yazını hazırladı Elnarə Həziyeva