Joan-Benjamin Qabadan etiraf: “Hidayət Heydərov çox güclüdür”

“Məğlub olsam da, döyüş çox xoşuma gəldi”.

Sabahinfo.az xəbər verir ki, bunu fransalı cüdoçu Joan-Benjamin Qaba (73 kq) deyib.

23 yaşlı cüdoçu Paris-2024 Yay Olimpiya Oyunlarında Hidayət Heydərov ilə final görüşünü şərh edib. Qaba dünya çempionumuzun daha güclü olduğunu etiraf edib: “Döyüş inanılmaz idi. Gücümdən yuxarı qalxdım, vuruşdum, qızıla can atdım. Heç kim buna inanmasa da, mən axıra qədər inandım. Təbii ki, medal qazandığım üçün xoşbəxtəm. Gələn dəfə qızıl medal üçün güləşəcəm. Bu dəfə də cəsarətlə mübarizə apardığımı düşünürəm. Məğlubiyyətdə heç kimi günahlandırmıram. Heydərov çox güclüdür”.

Qeyd edək ki, Heydərov Fransada Azərbaycanın ilk medalını qazanıb./idmanbiz