Azərbaycanın Müstəqillik Günü münasibətilə Kanadanın Saskatun şəhərində tədbir keçirilib.
Sabahinfo.az xəbər verir ki, Saskatun şəhərində “Azərbaycan Birliyi” sədri Ruhid Mirzəyev və Nigar Əliyevanın birgə təşkilatçılığı 28 may Azərbaycanın Müstəqilliyinin 106-cı ildönümünü təntəli qeyd edilib. Tədbir müstəqil Azərbaycanın üçrəngli bayrağının və himninin səsləndirilməsi ilə başlayıb. Bu əlamətdar gündə Azərbaycanın zəngin tarixi, mədəni irsinin Kanadada tanıdılması üçün atılmış mühüm hadisədir.
Tədbirin təşkilatçısı Ruhid Mirzəyev çıxış edərək Xalq Cümhuriyyətinin keçdiyi yoldan söz açıb, müsəlman dünyasında ilk demokratik ölkə olan Azərbaycan Demokratik Respublikasının tarixi əhəmiyyətindən, 23 aylıq dövrü ərzində qazandığı uğurlardan, onun müstəqillik yolundakı mübarizəsindən danışıb. Azərbaycanın regionda davamlı sülh və inkişaf üçün çalışdığını deyən Ruhid Mirzəyev bildirib ki, suverenliyimizin bərpasının bütün Qafqaz regionunda yeni reallıqlar yaratdığını qeyd edib.
Mərasimdə fəxri qonaqlar Bev Dubois, Filippin-Kanada Assosiasiyasının prezidenti Jenelyn Santosa, Mərakeşin fəxri konsulu xanım Ednali Fertuck-Zehaviyə çıxış edərək öz təbriklərini çatdırıblar.
Tədbirin sonunda Ruhid Mirzəyev bildirib ki, bu əlamətdar mərasimdə bizə qoşulan bütün qonaqlara səmimi təşəkkürümüzü bildiririk və xatirə fotosu çəkilib.