Karateçilərimizdən möhtəşəm göstərici

II MDB Oyunlarında keçirilən karate yarışlarına yekun vurulub. Karateçilərimiz yarışları 16 medalla başa vurublar. Onlardan 6-sı qızıl, 3-ü gümüş, 7-si bürüncdür.

Mingəçevir Kür Olimpiya Mərkəzində təşkil olunan yarışların ikinci günündə Turqut Həsənov (84 kiloqram), İrina Zaretska (68 kiloqram) və Fərid Ağayev (75 kiloqram) qızıl medal qazanıblar.

Asiman Qurbanlı (+84 kiloqram) gümüş, Aysu Əliyeva (61 kiloqram), Fərid Şahbazlı (84 kiloqram) və Rəşid Süleymanov (75 kiloqram) bürünc medallara sahib olublar.

Ülvi Quliyev

AKF prezidenti