Rusiya ordusunun könüllü olaraq Ukraynaya qarşı döyüşən "Kazak" dəstəsi Donetsk vilayətində Uqledar yaxınlığında gedən döyüşlərdə şəxsi heyətin ciddi itkisindən sonra döyüşdə iştirakdan imtina edib.
Sabahinfo.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
"Uqledar yaxınlığında hücumun uğursuzluğu və canlı qüvvənin əhəmiyyətli itkiləri ilə əlaqədar olaraq, Sakit Okean Donanmasının 155-ci Dəniz Briqadasına təyin edilmiş kazak dəstəsi adlanan könüllülərin şəxsi heyəti bundan sonra hücum hərəkətlərində iştirak etməkdən imtina edir", - Baş Qərargahdan bildirilib. /unikal