Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin sabiq rəisi, general-mayor Rəfail Mehdiyevə yeni vəzifə verilib.
Sabahinfo.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə Rəfail Mehdiyev Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin tibb işləri üzrə rəis müavini təyin edilib.
 
                                                                                                         
                             
                     
                         
                         
                         
                         
                        