İsveçrənin Cenevrə şəhərində Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri və Rusiyanın xarici işlər naziri Serqey Lavrov arasında görüş keçirilib. Oteldə baş tutan görüşdən sonra Con Kerri özünün "Twitter" səhifəsində Lavrov görüş zamanı Ukrayna, Suriya və İranla bağlı müzakirələr apardığını yazıb. Kerri-Lavrov görüşündə rusiyalı müxalifətçi Boris Nemtsovun qətlinin də müzakirə edildiyi bildirilir. Con Kerri Cenevrəyə yola düşərkən bildirmişdi ki, Nemtsovun qətlininin açıq, hərtərəfli və dəqiq araşdırılması vacibdir. Hələlik görüşün nəticələri barədə məlumat yoxdur. Görüşdən bir həftə əvvəl isə ABŞ-ın dövlət katibi Con Kerri rusiyalı rəsmilərin Rusiyanın Ukrayna münaqişəsindəki roluna dair onun üzünə yalan söylədiklərini demişdi. Kerrinin bu bəyanatı Rusiya Xarici İşlər Nazirliyinin narazılığına səbəb olmuşdu.