AQSİA-nın təşəbbüsü ilə Azərbaycana səfəri çərçivəsində Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentinin xanımı, Kipr Türk Sahibkar Qadınlar Dərnəyinin fəxri üzvü Sibel Tatar və heyəti, AQSİA-nın İdarə Heyətinin sədri Səkinə Babayeva “Bakı KOB evi”ndə olub.
Sabahinfo.az xəbər verir ki, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və xanım Sibel Tatarın heyəti arasında keçirilən görüşdə KOBİA-nın sosial və qadın sahibkarlığına dəstək alətləri barədə məlumat verilib, mümkün əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.
Xanım Sibel Tatar və heyəti “Bakı KOB evi”nin fəaliyyəti ilə də tanış olub