Türkiyənin İzmir şəhərində arvadı ilə dalaşan ər onu eyvandan aşağı atıb. Hadisə dünən səhər saatlarında qeydə alınıb. Hadisənin ərlə arvad arasında baş verən mübahisədən sonra qeydə alındığı bildirilir. Tibb bacısı işləyən Raziye K. Ilə həyat yoldaşı avara həyat tərzi keçirən Ozan K. Arasında mübahisə baş verib. Mübahisə zamanı Raziye K. eyvana çıxıb. Onun arxasınca gələn kişi qadını ikinci mərtəbədən yerə itələyib. Betan döşəməyə çırpılan qadın ağır yaralanıb. Qonşular dərhal hadisə yerinə təcili yardım çağırıblar. Qadın xəstəxanada əməliyyat olunub. Əməliyyatdan sonra qadın özünə gəlib. O, polisə verdiyi ifadədə bildirib ki, ərinin qəzəbinə düçar olub.
Qadının ifadəsi əsasında Ozan K. saxlanılıb. O, polisə ifadədə qadının intihar etmək istədiyini bildirib. İfadəsi alınan Ozan K. məhkəməyə göndərilib.