Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) X.B.Natəvan adına 4 №-li kitabxana filialında “Yubileylər silsiləsi” layihəsi çərçivəsində görkəmli cərrah-alim, ictimai və dövlət xadimi, akademik Mustafa Ağabəy oğlu Topçubaşovun 130 illik yubileyi ilə əlaqədar videoçarx hazırlandı.
Videoçarx Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sitatları ilə başlayır. Dahi bəstəkar Üzeyir bəy Hacibəyli, akademik Heydər Hüseynovun M.Topçubaşov haqqında fikirləri də videoçarxda qeyd olunur.
Videoçarxda Mustafa Topçubaşovun ictimai-siyasi fəaliyyəti, Azərbaycanın səhiyyə sahəsində gördüyü böyük işlər və həkimlik fəaliyyəti işıqlandırılır. Qeyd olunur ki, Mustafa bəy Topçubaşov dünyada ilk dəfə uzunmüddətli keyitmə üsulunu kəşf etmiş, yüzlərlə xəstələri ağrı şokundan xilas etmişdir. M.Topçubaşov 200 elmi əsərin, 8 monoqrafiyanın, elmi topluların və 5 cildlik dərsliyin müəllifidir. Həmçinin videoçarxda M.Topçubaşovun 62 illik əmək fəaliyyəti dövründə 100 minə yaxın uğurlu cərrahiyyə əməliyyatı aparması izləyicilərin diqqətinə çatdırılır.
Videoçarxda M.Topçubaşovun təltif və mükafatları haqqında da məlumat verilir.
Videoçarxda maraqlı fotolar nümayiş olunur.
Videoçarx Yasamal rayon MKS-inin YouTube kanalında izləyicilərə təqdim olunur: https://www.youtube.com/watch?v=h8aR2IC-vqw