Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın əməkdaşları Lətifə Məmmədova və Aytən Məmmədova ölkəmizdə ilk dəfə keçirilən ''Yüksək mədəniyyətli Azərbaycan vətəndaşı'' adlı Birinci Kulturoloji Elmi Oxumalarda iştirak etdilər və sertifikat aldılar.
Bakıda yanvar-mart aylarında keçirilmiş Birinci Kulturoloji Elmi Oxumalar Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə ''Simurq'' Azərbaycan Mədəniyyət Assosiasiyası tərəfindən təşkil edilmişdir. Birinci Kulturoloji Elmi Oxumalarının dinləyiciləri qarşısında Assosiasiyanın prezidenti, tarix elmləri doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Fuad Məmmədov maraqlı məruzələrlə çıxış etmişdir.
Yekun toplantıda dinləyicilərə professor-kulturoloq Fuad Məmmədovun yeni nəşr olunmuş ''Yüksək mədəniyyətli insan'' adlı kitabı təqdim olundu.
