Kitabxanaya hədiyyə olunan kitablar haqqında videoçarx hazırlandı

Bu il Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının 45 illik yubileyi tamam olur. Yubiley çərçivəsində kitabxana gördüyü işlərə yekun vuraraq onları oxuculara təqdim edir. 2018-ci ildən kitabxanada həyata keçirilən “Kitabxanaya kitab hədiyyə edirik” davamlı layihə həyata keçirilir. Bu illərdə kitabxanaya ən çox kitab hədiyyə edən müəlliflər və kitablar haqqında videoçarxlar hazırlanır.

İkinci  videoçarxda M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın fəxri oxucuları: yazıçı, publisist, AYB-nin və AJB-nin üzvü, "Azərbaycan Yazıçı Qadınlar Cəmiyyəti" İctimai Birliyinin sədri, Q.R.Derjavin ordeninin mükafatçısı Nüşabə Məmmədlinin; şair, tərcüməçi, ədəbiyyatşünas, publisist, AYB-nin üzvü, filologiya üzrə fəlsəfə doktoru, Prezident təqaüdçüsü Firuzə Məmmədlinin; AYB-nin üzvü, “Qızıl qələm” və Mahmud Kaşğari mükafatları laureatı, şair, yazıçı-publisist Şövkət Zərin Horovlunun; yazıçı-publisist, şair Pərixanım Mikayılqızının (Muradova), şair, yazıçı Məhəbbət İbrahimovanın kitabxanaya hədiyyə etdiyi kitablar haqqında qısa məlumat verilmişdir. 

Videoçarx kitabxananın YouTube kanalında yerləşdirilib: