Könül İsmayılovadan tələb

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa Azərbaycanda “Müxalifət fəaliyyəti haqqında” qanunun qəbul olunmasını təklif edib. Bununla bağlı deputat Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında çıxış edərək bildirib ki, qanunun qəbulu ilə müxalifətçilik fəaliyyətinin çərçivələri müəyyənləşəcək.

Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova hesab edir ki, belə bir qanuna ehtiyac var və partiya qanunun qəbulunu dəstəkləyir: “Müxalifət haqqında qanun qəbul edilsə, saxta, qondarma cinayət işi ilə bağlı partiya sədrləri həbsə atılmaz. Bütün dövlət tədbirlərində müxalifətin iştirakı təmin edilməlidir. Bununla bərabər, hesab edirəm ki, siyasi partiyalar haqqında qanun layihəsinin qəbul edilməsi labüddür”.