Könül Nurullayeva növbəti səyyar qəbulunu keçirib - FOTOLAR

Deputat Könül Nurullayeva Nizami rayon sakinləri ilə səyyar görüşlərini müntəzəm olaraq davam etdirir.

Belə ki, millət vəkili K.Nurullayeva Q.Qarayev prospekti 24, M.X.Şərifli küçəsi 94V, Ə.Kürçaylı küçəsi 20, 24 ünvanlarında yaşayan seçicilərinə baş çəkərək, onların rastlaşdıqları gündəlik problemlər ilə yerindəcə tanış olub. Vətəndaşlarla görüş zamanı qəbul iştirakçılarını narahat edən problemlər səsləndirilmişdir.

Verilən məlumata görə, seçicilərin görüş ərzində deputat Könül Nurullayevaya çatdırdığı bütün müraciətlər səlahiyyətləri daxilində qeydiyyata götürülmüşdür və ən yaxın zamanda aidiyyəti üzrə müvafiq qurumlara ünvanlanacaqdır.