Milli Məclisin deputatı Könül Nurullayeva ofisinə daxil olan müraciətlərə əsasən növbəti vətəndaş qəbulunu keçirib.
Millət vəkili qəbul zamanı vətəndaşlarla görüşərək, onların qaldırdığı müraciətlər ətrafında qarşı tərəflə geniş fikir mübadiləsi aparıb. Bildirmək istərdik ki, vətəndaşlarla görüş zamanı qəbul iştirakçılarını narahat edən problemlər sırasında ağır xəstəlikdən əziyyət çəkən vətəndaşın müalicəsi ilə əlaqədar üzləşdiyi çətinliklər, işlə təmin olunma, sosial müavinət almaqla bağlı vətəndaşın qaldırdığı məsələlər, yaşadığı mənzildə yanğın baş verən sakinə lazımi dəstəyin göstərilməsi və s. bu kimi müxtəlif yönümlü mövzular başlıca yer almışdır.
Millət vəkilinin ofisindən verilən məlumata görə, seçicilərin görüş ərzində deputat Könül Nurullayevaya çatdırdığı bütün müraciətlər səlahiyyətləri daxilində qeydiyyata götürülmüşdür və ən yaxın zamanda aidiyyəti üzrə müvafiq qurumlara ünvanlanacaqdır.