Kor kora kor deməsə...

 Rusiya Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Entoni Blinkenin (Antony Blinken) "Ruslar evinizə gəlirsə, getməz" sözlərinə reaksiya verdi. Rusiya Xarici İşlər Nazirliyindən edilən yazılı şərhdə bildirilir: “Rusiyanın Kollektiv Təhlükəsizlik Razılaşması Təşkilatı qərarları əsasında Qazaxıstana əsgər göndərilməsinə dair Entoni Blinkenin şərhləri "kobud zarafat”dır. Blinken tarix dərslərini çox sevirsə, bunu bilməlidir: amerikalılar evinə gəldiyində həyatda qalmaq, soyğuna və ya təcavüzə uğramamaq mümkün deyil. Təkcə yaxın keçmiş deyil, Amerika dövlətinin 300 illik tarixi bizə bunu isbat edir. Şimali Amerika qitəsindəki qırmızı dərililər, koreyalılar, vyetnamlılar, iraqlılar, panamalılar, yuqoslaviyalılar, liviyalılar, suriyalılar bu dəvət edilməyən qonaqları öz evlərində görəndən talehsiz insanlara çevrilərək çox şey deyə bilərlər."

  Xatırladaq ki, ABŞ-ın Dövləöt katibi Entoni Blinken yanvarın 7-də Rusiyanın Qazaxıstana sülhməramlı qüvvələr göndərməsi ilə bağlı "Məncə, yaxın tarixdən alınan dərs budur ki, ruslar bir dəfə evinizə girdimi, onları uzaqlaşdırmaq çox çətindir" sözlərini işlədib.