Böyük Britaniya kralı III Çarlz mərhum kraliça II Elizabetin sevimli yarış atlarını sataraq 1 milyon funt-sterlinqdən çox gəlir əldə edib.
Kral mərhum anasının on dörd atını Nyumarketdəki “Tattersalls” hərracında satıb. Satışın monarxa cəmi 1,075 milyon funt sterlinq qazandırdığı bildirilir. Hər at orta hesabla 75,000 funt-sterlinqə alınıb.
Qeyd edək ki, II Elizabetin ölümündən sonra oğlu Çarlz ona məxsus atların bir hissəsini miras olaraq əldə edib.