Kulebanın çıxışı zamanı Lavrov zalı tərk etdi - YENİLƏNİB

Balidə keçirilən G20 ölkələrinin xarici işlər başçılarının sammitində Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın onlayn çıxışı zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov zalda olmayıb.

Sabahinfo.az xəbər verir ki, bu barədə “The Washington Post” diplomatik mənbələrə istinadən məlumat yayıb.


***11:10

Ukraynaın xarici işlər naziri Dmitri Kuleba G20 nazirlərinin görüşündə onlayn iştirak edəcək.

Sabahinfo.az xəbər verir ki, bu barədə Kuleba "Facebook"da məlumat verib.

"Hamınıza sabahınız xeyir və gününüz sakit keçsin və mən G20 nazirlərinin görüşündə onlayn iştiraka hazırlaşıram", - Kuleba yazıb.