Azərbaycanlı eko-fəalların Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dinc etiraz aksiyası davam edir.
Sabahinfo.az xəbər verir ki, bu gün aksiyanın 66-cı günüdür.
Havanın şaxtalı olmasına baxmayaraq, gecə saatlarında da aksiyanı davam etdirən iştirakçılar, növbəti günə adəti üzrə Azərbaycanın Dövlət Himnini səsləndirməklə başlayıblar.
Aksiyada tələblər dəyişməz olaraq qalır. Belə ki, iştirakçılar Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını tələb edir.
Onu da bildirək ki, aksiyanın keçirildiyi ərazi humanitar məqsədlərlə istifadə olunan avtomobillərin keçidi üçün tam açıqdır.