Laçın-Xankəndi yolu: Aksiyanın 78-ci günü

Azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası davam edir.

Sabahinfo.az xəbər verir ki, bu gün aksiyanın 78-ci günüdür.

Ötən gecə də aksiyanı davam etdirən iştirakçılar, adəti üzrə növbəti səhəri də Azərbaycanın Dövlət Himnini səsləndirməklə başlayıblar. 

Aksiyanın tələbləri və şüarları dəyişməz olaraq qalır. Belə ki, aksiyada Azərbaycanın faydalı qazıntı yataqlarının erməni separatçıları tərəfindən qanunsuz istismarının dərhal dayandırılması tələb edilir. İştirakçılar “Azərbaycan milləti qoruyacaq sərvəti!”, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekocinayətə son!”, “Təbiəti qoruyun” kimi şüarlar səsləndirirlər.