Azərbaycanlı eko-fəalların Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan etiraz aksiyası davam edir.
Sabahinfo.az xəbər verir ki, bu gün aksiyanın 57-ci günüdür.
İştirakçıların məlumatına görə, havanın şaxtalı olmasına baxmayaraq, aksiya gecə saatlarlında da davam edib.
Aksiya iştirakçıları növbəti günə Azərbaycanın Dövlət Himnini səsləndirməklə başlayıblar.
Qeyd edək ki, aksiyada Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsi tələb olunur.