Lavrov Belarusda nüvə silahının yerləşdirilməsindən danışdı

Rusiya Belarus ərazisinə yerləşdiriləcək nüvə silahlarına nəzarəti özündə saxlayır.

Sabahinfo.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında bildirib. 

Onun sözlərinə görə, Rusiya Federasiyası və Belarus Respublikası İttifaq dövlətinin üzvləri kimi bizim bəzi taktiki nüvə silahlarımızın Belarus ərazisində yerləşdirilməsi ilə bağlı razılığa gəlmək hüququna malikdirlər.

“Biz müttəfiqimizin ərazisinə yerləşdiriləcək silahlara nəzarəti özümüzdə saxlayırıq”, -, Lavrov vurğulayıb.

Həmçinin XİN rəhbəri Rusiya Federasiyası nüvə silahının istifadəsi ilə bağlı razılaşmaları pozmadığını bir daha qeyd edib. 

"Nə Minsk, nə də Moskva heç bir şəkildə heç bir beynəlxalq öhdəlikləri, o cümlədən Nüvə Silahlarının Yayılmaması Müqaviləsini pozmur", - Lavrov  yekunlaşdırıb.