Lökbatanda qəbul

Dekabrın 6-da Milli Məclisin deputatı Səbinə Xasayeva  YAP Qaradağ rayon təşkilatının inzibatı binasının qəbul otağında müraciət edən vətəndaşları  qrup və fərdi şəkildə qəbul edərək onların  müraciət və təkliflərini dinləyib.

SABAHINFO.AZ xəbər verir ki, vətəndaşlar Lökbatan qəsəbəsində 1-ci massivdə məhəllədaxili yolun işıqlandırılması,Yunus Mirzəyev kücəsi 4 ünvanında yerləşən yaşayış binasının damının təmir edilməsi, ərazi üzrə qeydiyyat, işə qəbul olunmaları, ünvanlı sosial yardım, şəxsi problemlərinin həllinə maddi yardım göstərilməsi və bir sıra sosial məsələlərlə bağlı müraciət ediblər.

Qəbul zamanı vətəndaşların səsləndirdikləri təklif və şikayətlər araşdırılması və həll edilməsi üçün qeydə alınıb və nəzarətə götürülərək həll edilməsi üçün müvafiq qurumlara göndərilib.

Müraciət edənlər bildiriblər ki, belə görüşlər deputat-seçici münasibətlərinin daha da yaxşılaşmasına xidmət edir.