Özbəkistanda hüquq-mühafizə orqanlarının əməkdaşları İnterpol xətti ilə axtarışda olan 43 yaşlı kriminal avtoritet Rafet Əmirovu (Əlibayramlinski) saxlayıblar.
"Unikal" xəbər verir ki, bu barədə "Prime Crime" nəşri məlumat yayıb.
Əmirov 2010-cu ildə Moskvada 32 yaşlı Əli Babayevin qətlində əli olmaqda şübhəli bilinir. Ona qarşı ifadəni yanvarın 4-də Çexiyada saxlanılan şəriki Polad Ömərov verib.
Rafet "qanuni oğru" Nadir Səlifovun (Lotu Quli) yaxınlarından olub. O, Türkiyədə qətlə yetirildikdən sonra Əmirov da digər avtoritetlər tərəfindən kriminal aləmdən uzaqlaşdırılıb.